вторник, 15 ноября 2011 г.

ЭКСЦЕСС


 
Qohum funksiyalar:
Sintaksis:
    ЭКСЦЕСС(число1;число2;...)
Nəticə:
    Seçməyə görə eksessi qiymətləndirir.
Arqumentlər:
     число1, число2, ...; ekssesi hesablanan 1-dən 255-ə 
     qədər  arqumentlər.
Qeydlər:
    
  • arqumentlər ədədlər, adlar, ədədlərdən ibarət massivlər və istinadlar olmalıdır;
  • əgər massiv və ya istinaddan ibarət olan arqument mətn, mətiqi qiymətlər və ya boş oyuqları ehtiva edirsə, belə qiymətlərə məhəl qoyulmur, lakin sıfır qiymətli oyuqlar nəzərə alınırlar;
  • əgər verilənlərin sayı dörddən azdırsa və ya seçmənin standart meyli sıfra bərabərdirsə, onda  ЭКСЦЕСС funksiyası oyuqda #ДЕЛ/0! səhvinin qiymətini yerləşdirir.

Riyazi-statistik interpretasiya:
Ekssess paylanmanın “dikliyini”, yəni paylanmanın ititəpəliliyini və ya yastıtəpəliliyini xarakterizə edir. Ekssessi istənilən paylanma üçün hesablamaq olar, lakin o əksər hallarda yalnız simmetrik paylanmalar üçün hesablanır.
Bu onunla izah olunur ki, emprik paylanma əyrisinin təpəsinin yuxarı qalxması  və ya aşağı düşməsi  ilkin normal paylanma əyrisinin (Ek =0) təpəsinə nəzərən təyin olunur. ЭКСЦЕСС funksiyası ekssessin qiymətini həm simmetrik, həm də asimmetrik paylanmalar üçün  hesablayır. Ekssessin ən dəqiq və geniş yayılmış təyini 4-cü tərtib mərkəzi momentin hesablanmasına əsaslanır:
Bu düsturun tətbiqi ekssessin qiymətini baş külliyyatda hesablamağa imkan verir. Əgər bu zaman Ek  > 0 olarsa, paylanma ititəpəli (şək. а), Ek   < 0 olarsa, yastıtəpəli olur (şək. b).











Şəkil a                                                                        Şəkil b





           Qeyd etmək lazımdır ki, ЭКСЦЕСС funksiyası   
        ekssessin qiymətini  seçmə külliyyata görə təyin edir. 
        Baş külliyyata görə də onu hesablamaq  üçün 
        aşağıdakı düsturdan istifadə olunur:


Misal
Taxıl bitkisinin müxtəlif sahələrdə məhsuldarlığı üzrə aşağıdakı verilənlər məlumdur: 35; 27; 32; 18; 30; 39; 24; 28; 31; 20 (s/ha). Bu paylanmanın ekssessini təyin etməli.













Həlli
Paylanmanın ekssessini 





düsturu ilə  hesablanır. Düsturdan göründüyü kimi onu hesablamaq üçün əvvəlcə aşağıdakı kəmiyyətlər hesablanmalıdır:
 
Beləliklə,




İndi də məsələni ЭКСЦЕСС funksiyası vasitəsilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:




A
B
C
D
E
F
G
H
I
J
1
35
27
32
18
30
39
24
28
31
21


     2.  Nəticənin yazılacağı xananı seçək ($A$3)
     3.  Мастер функций dialoq pəncərəsinin Статистические 
          kateqoriyasından ЭКСЦЕСС funksiyasını seçək. Bu zaman    
         ЭКСЦЕСС funksiyasının dialoq pəncərəsi əmələ gələcək. 
     4.  Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu 
          (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3   
          xanasında hesablamanın nəticəsi olan -0,321 qiyməti əmələ 
          gələcəkdir.